Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatı üçün artıq təxmini heyəti müəyyənləşdirdiyini bildirib. SİA xəbər verir ki, italyan mütəxəssis ulduz futbolçu Neymarı yığmaya çağırmamasının səbəbini də açıqlayıb: “Neymar? Bu, texniki qərardır, fiziki problemlərlə bağlı deyil. Onun istedadı ilə heç kim mübahisə edə bilməz, amma ilk növbədə onun və digər oyunçuların fiziki durumunu qiymətləndiririk. Rəqabət çox böyükdür, komandaya iddia edə biləcək azı 70 futbolçu var.
Paraqvayla oyundan çox razı qaldıq. Biz intensiv, müdafiədə etibarlı və topa sahib olduqda sürətli olmaq istəyirik. Balans əsas şərtdir.
Artıq dünya çempionatı üçün nəzərdə tutduğum komanda var. Ən böyük səhv 25 nəfərlik heyəti düzgün seçməmək olar. Keyfiyyət kifayət qədərdir, amma əsas olan komandanın gücüdür. Braziliya 24 ildir dünya çempionu ola bilmir. Zaman yetişib. Məsuliyyət böyükdür, amma bütün ölkənin motivasiyası da böyük rol oynaya bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə