Basketbol üzrə Türkiyə millisi Avropa çempionatının A qrupunda son oyununa çıxıb. SİA xəbər verir ki, yığma Serbiya seçməsi ilə üz-üzə gəlib. Latviyanın paytaxtı Riqadakı “Xiaomi Arena”da keçirilən matç Türkiyə millisinin 90:95 hesablı qələbəsi ilə başa çatıb.
Komanda bu nəticə ilə qrup mərhələsini lider kimi tamamlayaraq, 1/8 finala yüksəlib.
Turnirin 1/8 final oyunları sentyabrın 6-7-də, 1/4 final qarşılaşmaları ayın 9-10-da, yarımfinal matçları isə 12-də təşkil olunacaq. Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə