Sentyabrın 4-ü Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə “Grand Swiss 2025” beynəlxalq turnirinə start veriləcək. Azərbaycan Şahmat Federasiyasından SİA-ya bildirilib ki, ölkəmizi mötəbər yarışda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcək.
Sentyabrın 15-dək davam edəcək “Grand Swiss 2025” İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yekun nəticəyə əsasən 2 kişi və 2 qadın olmaqla dörd ən güclü şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 855 000 ABŞ dollarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə