"Milan" ulduz futbolçusunu satır

"Milan" futbolçusu Yasin Adlini satmağa hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə insayder Nikolo Şkira məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Lakin onu transfer edəcək klubun adı açıqlanmayıb.

Adli 2021-ci ildən "Milan"ın formasını geyinir. O, komandada 39 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə