AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. SİA qurumun rəsmi saytına istinadla xəbər verir ki, iclasda Misli Premyer Liqasının III turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Turan Tovuz”la oyunun 55-ci dəqiqəsində “Neftçi”nin futbolçusu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Onun bu hərəkəti klubunu 3000 manat ziyana salıb. Həmçinin “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə 2000 manat cərimə tətbiq edilib.
Bundan başqa, “İmişli” “Sabah”la matça gec çıxdığı üçün 3000 manat cərimələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə