Azərbaycanın U-19 millisi bu gün İslandiya ilə yoxlama oyunu keçirəcək

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxacaq. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Preddvor” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə