Avarçəkmə üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib - FOTO

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb. SİA-nın verdiyi məlumata görə, avarçəkənlər turnirin birinci günündə akademik, kayak və kanoe növlərində 16 dəst medal uğrunda mübarizə aparıblar.

Qaliblər diplom və medallarlar mükafatlandırılmaqla yanaşı, fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək MDB Oyunlarında mübarizə aparacaqlar.

Xatırladaq ki, MDB Oyunlarında avarçəkmə yarışları “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyır. Yarışın 2-ci və son günü bu gün keçiriləcək.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə