Stolüstü tennisçilər dünən Qırğızıstana yollanıblar. SİA-nın verdiyi məlumata görə, seçmə komandanın üzvləri Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Amin Oruczadə və Tural Mirzəyev baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə sözügedən yarışda qələbə uğrunda mübarizə aparacaq. Çolpan-Ata şəhərində təşkil olunacaq Universiadaya sabah start veriləcək.
Yarışa sentyabrın 9-da yekun vurulacaq.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə