“Xankəndi” türkiyəli baş məşqçisi ilə müqavilənin müddətini uzadıb
Yeni mövsümdə Azərbaycan II Liqasında mübarizə aparacaq “Xankəndi” komandası baş məşqçisi İbrahim Uzunca ilə müqavilənin müddətini uzadıb. Bu barədə klubdan SİA-ya məlumat verilib.
Təcrübəli türkiyəli çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.
“Xankəndi” 63 yaşlı mütəxəssisin rəhbərliyi altında ötən mövsün Region Liqasının qalibi olub.
O, indiyədək Azərbaycanda “Lokomotiv Biləcəri”, “Bakı”, “Şahdağ Quba”, “Xan Lənkəran” və “Dinamo”( Bakı ) klublarında baş məşqçi kimi fəaliyyəti göstərib. Türkiyədə isə “Adana Dəmirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir”, BÇ “Mimaroba” (“Küçükçekmece” SK) və “Osmaniyespor” kollektivlərini çalışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB