Xavi “Bayer”in baş məşqçisi ola bilər

İspaniya təmsilçisi "Barselona"nın keçmiş baş məşqçisi Xavi Ernandes Almaniyanın "Bayer" (Leverkuzen) klubunu çalışdıra bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 45 yaşlı ispaniyalı mütəxəssis Leverkuzen rəhbərliyi tərəfindən baş məşqçi postu üçün nəzərdə tutulub.

Xavinin son iş yeri 2021-ci ilin noyabrından 2024-cü ilin iyununa qədər çalışdırdığı "Barselona" olub və bu klubu 2023-cü ildə İspaniya çempionu edib.

Qeyd edək ki, “Bayer” bu gün niderlandlı baş məşqçi Erik ten Haq ilə yollarını ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə