Bu gecə ABŞ-də Liqa Kubokunun finalında “Sietl Saunders” ilə Lionel Messinin kapitanı olduğu “İnter Mayami” qarşılaşıb. SİA xəbər verir ki, matç “Sietl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində Osaz De Rozario, Aleks Roldan və Pol Rotrok fərqləniblər. Bu, onların turnir tarixində ilk tituludur.
Qeyd edək ki, Liqa Kuboku 2019-cu ildən bəri MLS (ABŞ və Kanada) və Liqa MX (Meksika) klubları arasında keçirilən Şimali Amerikanın klub futbol turniridir. Keçən mövsümdə turnirin qalibi “Kolumbus Kryu” olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB