Dünya çempionu 50 yaşında öldü

Rusiya çempionu və peşəkar kikboksinq üzrə dünya çempionu Dmitri Lixodumov 50 yaşında vəfat edib. SİA xəbər verir ki, bubarədə Rusiya Kikboksinq Federasiyasının mətbuat xidməti məlumat yayıb. “Kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası, dəfələrlə Rusiya çempionu, Avropa çempionatının mükafatçısı, dünya çempionatının finalçısı və peşəkarlar arasında dünya çempionu Dmitri Lixodumovun vəfatını dərin hüznlə bildiririk. O, Rusiyanın və dünyanın ən görkəmli kikboksçularından biri idi – qeyri-ənənəvi üslubu ilə bu idman növünün inkişafına böyük töhfə vermişdi. Rusiyanın Lipetsk şəhərində və ondan kənarda bir çox idmançılar onun nümunəsindən ilhamlanaraq böyüyüblər, Dmitrinin xatirəsi bizim qəlbimizdə əbədi qalacaq”, – açıqlamada deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə