"Araz-Naxçıvan"ın Kiprə səfər planı müəyyənləşib

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Kiprdə "Omoniya"nın qonağı olacaq "Araz-Naxçıvan"ın səfər planı müəyyənləşib. Bu barədə SİA-ya klubun mətbuat katibi Mahal Məmmədov məlumat verib.

Komanda sabah səhər Baki - Afina - Larnaka reysi ilə yola düşəcək. Avqustun 12-si və 13-ü axşam isə Nikosiyada məşqlər olacaq.

Səfərdə "Araz-Naxçıvan"ı dəstəkləmək üçün hələ heç kim kluba müraciət etməyib.

Qeyd edək ki, “Omoniya" - "Araz-Naxçıvan” matçı avqustun 14-də, saat 21:00-da Nikosiyada keçiriləcək. Komandalar arasında Bakıda baş tutan matçda Kipr təmsilçisi 4:0 hesablı qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə