“Neftçi” Mali millisinin futbolçusunu heyətinə qatıb

“Neftçi” Mali millisinin futbolçusunu heyətinə qatıb

“Neftçi” növbəti transferini həyata keçirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, Mali milli komandasının sağ cinah müdafiəçisi Falaye Sako ilə 2+1 illik müqavilə bağlanıb.

Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib. O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə