Türkiyənin “Fənərbağça” klubu Xorvatiya təmsilçisi “Riyeka”da çıxış edən Niko Yankoviçi heyətinə qatır. SİA xəbər verir ki, bu barədə “TRT Spor” məlumat yayıb.
İstanbul təmsilçisi 23 yaşlı cinah oyunçusunun keçidi üçün klub ilə anlaşıb. “Fənərbağça” yaxın vaxtlarda Yankoviçi ölkəyə gətirməyi planlaşdırır.
Qeyd edək ki, xorvatiyalı vinger 2023-cü ildən “Riyeka”da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə