“Barselona”nın 34 yaşlı mərkəz müdafiəçisi İniqo Martinez rəsmən Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubuna keçib. SİA-nın məlumatına görə, bu barədə klubun mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
“Əl-Nasr” öz səhifəsində təyyarə pilotunun yeni gələn futbolçunu elan etdiyi bir video yayımlayıb.
Qeyd edək ki, ispaniyalı “Barselona” ilə müqaviləsinə xitam verib və azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. Müqavilə 2026-cı ilə qədərdir və daha bir mövsüm uzatmaq imkanı var.
Bütün xəbərlər Facebook səhifəmizdə