"Mançester Siti”nin yarımmüdafiəçisi və “Qızıl top” mükafatçısı Rodri zədəyə görə 2025/26 mövsümünün əvvəlini buraxacaq. SİA xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Komandanın baş məşqçisi Xosep Qvardiolanın sözlərinə görə, ispaniyalı futbolçuda qasıq nahiyəsində zədə aşkarlanıb və o, sentyabrın ortalarına qədər meydanda olmayacaq. Xatırladaq ki, Rodri mayın sonunda dizindəki çarpaz bağların qopmasından sonra oyunlara qayıtmışdı. O vaxtdan bəri bütün turnirlərdə 3 matçda iştirak edib və 1 qol ötürməsi ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə