PSJ Donnarummanı satır

PSJ qapıçısı Canluici Donnarummanı satışa çıxarıb. SİA xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb. İtaliyalı qolkiper və PSJ arasında müqavilənin uzadılması ilə bağlı razılıq əldə olunmayıb. Tərəflərin hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Qeyd olunur ki, Paris təmsilçisi futbolçunu azad agent kimi buraxmaq niyyətində deyil.

Qeyd edək ki, 26 yaşlı Donnarumma 2021-ci ildə “Milan”dan PSJ-yə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə