Bakıda "Qarabağ" ilə Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa 14 500 bilet satılıb. Bu barədə SİA-ya Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə "köhlən atlar" rəqibi bir cavabsız qolla üstələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə