"Şamaxı"nın sabiq futbolçusu Finlandiya klubuna keçib

"Şamaxı"nın sabiq futbolçusu Vasiliye Bakiç Finlandiyanın "İlves" klubuna keçib. SİA xəbər verir ki, bu barədə Tampere təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, serbiyalı futbolçu 2024/2025 mövsümündə "Şamaxı"nın heyətində Premyer Liqada 23 matça çıxıb, 1 qola müəlliflik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə