Deflimpiya üzrə Azərbaycan millisinin məşqçi heyətinin təqdimatı baş tutub

Azərbaycan Taekvondo Federasiyası (ATF) tərəfindən deflimpiya üzrə taekvondo milli komandasının məşqçi heyətinin təqdimatı keçirilib. Bu barədə SİA-ya qurumdan məlumat verilib.

Tədbirdə ATF-in baş katibi Aygül Abdullayeva tərəfindən Elmir Fərəcov komandanın baş məşqçisi, Rauf Rəhimov isə böyük məşqçi kimi rəsmi şəkildə idmançılara təqdim olunub.

Görüşdən sonra deflimpiya üzrə yığmanın ilk rəsmi məşqi keçirilib. Yeni məşqçi heyətinin rəhbərliyi ilə keçirilən hazırlıq prosesi komandada böyük ruh yüksəkliyi yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə