"İmişli" Əvəzedicilər Liqası təmsilçisi ilə yoxlama matçı keçirəcək

Misli Prmeyer Liqası təmsilçisi “İmişli” bu gün yoxlama matçı keçirəcək. SİA xəbər verir ki, bölgə klubu Əvəzedicilər Liqasında çıxış edən “Sumqayıt 2” ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunun məşq meydançasında, saat 17:30-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə