UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Araz-Naxçıvan”la Kiprin “Omoniya” klubu arasında keçiriləcək ilk oyun üçün start heyətləri açıqlanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, komandalara saat 20:00-da “Liv Bona Dea Arena”da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaq.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 17. Yussuf Paro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Koen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarlz Boli, 77. Bruno Aleksander
Baş məşqçi: Elmar Baxşıyev
“Omoniya”: 40. Fabiano, 3. Fotis Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedu, 21. Yannis Masuras, 14. Mateo Mariç, 30. Nikolas Panayotu, 31. Yoannis Kusulos, 8. Stevan Yovetiç, 11. Evandro, 75. Loizos Loizu,
Baş məşqçi: Henninq Berq
Qeyd edək ki, komandalara arasında cavab oyunu avqustun 15-də Nikosiya şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə