Benzianın yeni klubu rəsmən açıqlandı

Yay fasiləsində “Qarabağ”dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşib. SİA xəbər verir ki, əlcəzairli futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Fayha” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 1 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, Əlcəzair millisinin də üzvü olan Yassin Benzia 2023-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə