Nyukasl Yunayted”in hücumçusu Alexander İsak kluba başqa komandaya keçmək istədiyini bildirib. Hücumçu budunun yüngül zədəsindən şikayətlənərək, gələcəyi ilə bağlı şübhələr fonunda Uzaq Şərq səfərini yarımçıq qoyub. “Liverpul” bir neçə həftədir ki, isveçlini transfer etməyə çalışır və 110 milyon funt sterlinq ətrafında rəsmi təklif edib, amma “Nyukasl”ın idarə heyəti bunu dərhal rədd edib. SİA xəbər verir ki, “Nyukasl”ın əfsanəvi futbolçusu Alan Şirer hesab edir ki, hücumçu komandaya qayıda bilməyəcəksə, “sağsağanlar” onun üçün verilən pulu almalı və yay transfer pəncərəsindəki xaosdan sonra heyəti gücləndirmək üçün istifadə etməlidir. “Xeyr, mən ona qətiyyən qəzəblənmirəm. Futbolun necə işlədiyini başa düşürəm, oyunun içində və ətrafında baş verənləri bilirəm. Deyəsən, onun mentalitetini başa düşürəm. Bu xoşuma gəlirmi? Bunu başa düşürəm? Bunlar yəqin ki, iki fərqli şeydir. Amma mən futbolun nə olduğunu və necə işlədiyini bilirəm və açıq-aydındır ki, “Liverpul” onunla maraqlanırdı. Mən sadəcə bunun gələn il baş verə biləcəyini düşündüm və əgər Eddi onu həqiqətən razı sala bilməsə və o, “yox” desə, indi komandanı tərk etməlidir. Bayaq dediyim kimi, klubdan önəmli insan yoxdur, əgər o, orada qalmaq istəmirsə, yaxşı, əlinizdən gələni edin, gedib xatirələrə görə təşəkkür etsin və bitsin”, – Şirer “The Rest is Football” podkastına deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə