Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. Bu barədə SİA-ya Cüdo Federasiyasından məlumat verilib.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.
Təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. Qitə birinciliyi sentyabrın 4-7-si aralığında Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə