Azərbaycanın yeniyetmə oğlan və qızlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb

Azərbaycanın yeniyetmə oğlan və qızlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb. Federasiyadan SİA-ya verilən məlumata görə, hazırlıq Bakı Boks Mərkəzində keçirilir.

Toplanışa ölkənin ən güclü boksçuları cəlb olunublar. Məşqlərdə əsas diqqət taktiki-texniki hazırlığa yönəlib.

Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət milli paytaxtda avqustun 15-dək hazırlıq keçəcək. Komanda toplanışın növbəti mərhələsi üçün ölkə xaricinə yollanacaq. İlkin Ağayevin baş məşqçisi olduğu qızlardan ibarət yığmanın məşqləri isə Bakıda davam edəcək.

Qeyd edək ki, toplanış Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə