Vüqar Nadirov Azərbaycan II Liqası təmsilçisi "Şəmkir"in baş məsqçisi təyin olunub. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı mütəxəssislə "1+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Şəmkir" Vüqar Nadirovun rəhbərliyi altında son mövsümü 5-ci yerdə başa vurmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə