Vüqar Nadirov "Şəmkir" klubunun baş məsqçisi təyin olunub

23 İyul 2025 16:40 (UTC+04:00)

Vüqar Nadirov Azərbaycan II Liqası təmsilçisi "Şəmkir"in baş məsqçisi təyin olunub. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı mütəxəssislə "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Şəmkir" Vüqar Nadirovun rəhbərliyi altında son mövsümü 5-ci yerdə başa vurmuşdu.