Azərbaycan atleti Skopyedə ölkə rekorduna imza atıb

Azərbaycan atleti Əmir İsmayılov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ölkə rekorduna imza atıb. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, gənc idmançı 110 metr məsafəyə sədlərlə qaçışda 14.44 saniyə nəticə göstərib.

Bu nəticə U-18 yaş kateqoriyasında yeni ölkə rekordu olub. Ə.İsmayılov qarşıdakı yarış günlərində atletikanın uzunluğa tullanma növündə də mübarizə aparacaq.

Qeyd edək ki, atletika yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski adına milli stadionda keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə