2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında Norveçə bürünc medal qazandıraraq tarix yazan xizəkçi Audun Qroenvold faciəvi şəkildə dünyasını dəyişib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Norveç Xizək Federasiyasından verilən açıqlamaya görə, 47 yaşlı idmançı dağlıq ərazidəki daxmaya səfər edərkən onu ildırım vurub.
Bədbəxt hadisədən sonra tez bir zamanda xəstəxanaya çatdırılan Qroenvold intensiv tibbi yardıma baxmayaraq çərşənbə axşamı gecə ölüb. Norveç Xizək Federasiyasından bildirilib: "Audun Qroenvoldun qəfil vəfatı xəbərinə dərindən kədərləndik"
Qeyd edək ki, Qroenvold xizək karyerasına Norveçin milli dağ xizək komandasında başlamış, 1999-cu ildə Sierra Nevadada keçirilən Dünya Kuboku yarışında üçüncü yeri tutmuşdur. Daha sonra o, sərbəst və xizək sürməyə keçmiş, 2005-ci ildə Dünya Çempionatında bürünc medal qazanmış, 2007-ci ildə isə ilk ümumi hesabda 20 bürünc medal qazanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə