İndi “Barsa”nın gəncliyindən danışmaq dəbdədir, amma...

...“Barselona”nın akademiyası “Real Madrid”in akademiyasından yaxşıdır?

Düşünürəm ki, indi moda budur. Ardıcıl üç Çempionlar Liqasını qazananda, “Real Madrid” komandasını heç kim xatırlamırdı.

Və son 8 ildə... “Barselona” akademiyası harada idi? Messidən sonra Lamin Yamalı yetişdirdilər, o da təbii ki, “vəhşidir”.

Deyim ki, onların başqa yaxşı oğlanları da var.

…Amma “Real Madrid” öz akademiya oyunçuları haqqında düşünə bilməz – onlar qalib gəlməlidirlər.

Bir il əvvəl heç kim Vinisius və ya Rodriqonun pis oyunçular olduğunu və ya akademiyadan olmadıqlarını demirdiə…

SİA-nın məlumatına görə, bunu “Real Madrid”in keçmiş müdafiəçisi Mişel Salqado deyib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə