İtaliya millisinin baş məşqçisi Luçano Spaletti istefa verdiyini açıqlayıb.
SİA-nın məlumatına görə, onun sözlərini jurnalist Nikolo Şira X sosial şəbəkəsində yazıb.
...Çərşənbə axşamı İtaliya Futbol Federasiyası ilə müqaviləmi ləğv etmək üçün müqavilə imzalayacağam,-deyə Spalletti bildirib.
O, eyni zamanda əlavə edib ki, bu komanda ilə dünya çempionatına çıxa biləcəyinə hələ də əmindir.
İyunun 6-da İtalyanlar DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Norveçə 0:3 hesablı məğlubiyyətlə üzləşiblər. Avro-2024-də Spalettinin rəhbərlik etdiyi komanda 1/8 finalda İsveçrə yığmasına uduzub.
...Spalletti 2023-cü ilin avqustundan İtaliya millisinə rəhbərlik edir. Bundan əvvəl o, klub səviyyəsində, o cümlədən "Zenit"də məşqçi kimi çalışıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə