“Sumqayıt Futbol Klubu” ötən ili mənfəətlə başa vurub

“Sumqayıt Futbol Klubu” MMC 2024-cü ili 86 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Klub 2023-cü ildən 167 min manat zərərlə çıxmışdı. SİA xəbər verir ki, ötən il “Sumqayıt Futbol Klubu”nun əməliyyat gəlirləri 9,179 milyon manat (əvvəlki ilə nisbətən 48,5 % çox), əməliyyat xərcləri 9,072 milyon manat (42,9 % çox), mənfəət vergisi ödəmələri isə 21 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə “Sumqayıt Futbol Klubu”nun akitvləri 493 min manat olub ki, bu da, illik müqayisədə 4,6 % azdır. Hesabat dövründə Klubun öhdəlikləri 21,1 % azalaraq 407 min manata düşüb, 86 min manatlıq balans kapitalı formalaşıb.

Xatırladaq ki, “Sumqayıt Futbol Klubu” 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 110 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə