Ronaldonun oğlu ilk dəfə Portuqaliyanın gənclər yığmasına çağırılıb

Kiçik Kriştiano Ronaldo Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək...

Cristiano Ronaldo oğlu ilk dəfə Portuqaliyanın U15 komandasına çağırılıb.

May ayında Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək komandanın heyəti Portuqaliya Futbol Federasiyasının saytında dərc olunub.

Komandaya ümumilikdə 22 futbolçu çağırılıb. Portuqaliya U21 komandası Yaponiya (13 may), Yunanıstan (14 may) və İngiltərə (16 may) ilə oynayacaq, daha bir rəqib (18 may) hələ müəyyənləşməyib.

SİA-nın məlumatına görə, 14 yaşlı kiçik Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun gənclərdən ibarət komandasında oynayır.

Beş dəfə "Qızıl top"un sahibi olan 40 yaşlı Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.

Portuqaliya millisinin heyətində forvard 219 oyun keçirib və 136 qol vurub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə