“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın prezidenti Xavyer Tebasın təqvimin tənqidi ilə bağlı şərhlərinə cavab verib. SİA xəbər verir ki, La Liqanın prezidenti daha əvvəl klubların matçlar arasında 72 saat qalmadığına dair şikayətlərindən danışıb:
“85-ci dəqiqədə 3 futbolçunu dəyişib, bundan şikayət edirsənsə… Komandada 25 oyunçu olanda rotasiya lazımdır. Hər şeydə liqanı idarə edənlər günahkar ola bilməz”.
-Tebas 85-ci dəqiqədə əvəzlənmələrdən danışır…
- Mütləq cavab verməliyəm? Mən onun “Real”a olan vəsvəsəsini artıq bilirəm, amma məşqçilərə yox. O, öz işinə daha çox diqqət yetirməlidir, çünki “Real”a və həmçinin məşqçilərə hörmətsizlik edir.
Bütün xəbərlər Facebook səhifəmizdə