Messidən avtoqraf istəyən hakimin cəzası bəlli oldu

CONCACAF Çempionlar Liqasında "İnter Mayami" və "Kanzas Siti" komandaları arasındakı oyunu idarə etmiş baş hakim Marko Ortis cəzalandırılıb. SİA ESPN telekanalına istinadən xəbər verir ki, buna səbəb final fitindən sonra referinin meydan sahiblərinin futbolçusu Lionel Messiyə yaxınlaşaraq, məhdud imkanlı qohumu üçün avtoqraf istəməsidir.

38 yaşlı Ortisin hərəkətinin turnirin oyunları zamanı rəsmi şəxslərin davranış qaydalarına uyğun olmadığı bildirilib. O, CONCACAF bayrağı altında keçirilən oyunlarla yanaşı, Meksika çempionatının oyunlarından da 6 aylıq uzaqlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə