Futbol üzrə Türkiyə Superliqasında XXV tura yekun vurulub.
SİA xəbər verir ki, turun bağlanış oyununda "Qalatasaray" öz meydanında "Fənərbağça"nı qəbul edib. Görüş qolsuz heç-heçə ilə nəticələnib.
Matçı sloveniyalı tanınmış hakim Slavko Vinçiç idarə edib.
Bu nəticədən sonra "Qalatasaray" 63 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 58 xalla 2-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə