"Məqsədim "Ginnessin Rekordlar" kitabına düşməkdir" - Əliyar Musayev

“Dünya səviyyəsində indiyənədək bir qatarı 20 metr çəkən olmayıb”. SİA xəbər verir ki, bu sözləri azərbaycanlı pəhləvan Əliyar Musayev Heydər Əliyev adına Beynəlxalq Hava limanında qarşılanma mərasimində qeyd edib.

O, Rusiyanın və MDB ölkələrinin rekordlar kitabına düşməsi ilə bağlı danışıb.

Musayev vurğulayıb ki, bu cəhdi hələ ki, edən olmayıb: “Çünki bunun üçün böyük güc lazımdır. 50 ildir mən idmandayam. 63 yaşında bu gücə malik olmaq asan məsələ deyil. Hazırda da Moskvadan gəlirik. Orada da əksər insan məni tanıyır. Mənim məqsədim "Ginnessin Rekordlar" kitabına düşməkdir. Bununla da bağlı Gənclər və İdman Nazirliyi müraciət edəcək”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə