Misli Premyer Liqası: “Sabah” “Turan Tovuz”u məğlub edib

Futbol üzrə Misli Premyer Liqasında XXII tura start verilib.

SİA xəbər verir ki, günün ikinci matçında “Sabah” evdə “Turan Tovuz”la üz-üzə gəlib.

“Bank Respublika Arena”da keçirilən oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bakı klubunun qollarına 49-cu dəqiqədə Pavol Safranko, 60-cı dəqiqədə Cesse Sekidika imza atıblar. Qonaqlarda isə 15-ci dəqiqədə Aleks Souza fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran “Sabah” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. 36 xala malik “Turan Tovuz” isə 4-cüdür.

Günün və turun ilk qarşılaşmasında “Şamaxı” doğma meydanda “Sumqayıt”a minimal hesabla qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə