Baş məşqçi uşaq futbolunun çatışmayan cəhətlərindən gileyləndi - AÇIQLAMA

“Azərbaycan uşaq futbolunun inkişaf etməməsinin bir çox səbəbləri var”. Bunu SİA-ya Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

O, ölkəmizdə uşaq futbolunda çatışmayan cəhətlərinə toxunaraq, bu istiqamətdə hansı addımların atılması ilə bağlı tövsiyyələrini verib.

Veteran futbolçu bildirib ki, ilk öncə bu sahədə maliyyənin azlığı və infrasturukturun olmaması ən başlıca səbəbdir: “Meydançaların çoxu pulludur. Ümumilikdə bu sahəyə pul ayrılmır. Komandaların yetərincə meydançaları yoxdur. Belə səbəblərə görədə tez bir zamanda uşaq futbolunda nəticə əldə etmək olmur. Hər kəs yalnız bu gün üçün çalışır. Sabahla heç kim maraqlanmır. Motivasiya yoxdur. Həmçinin UEFA-dan başqa uşaq futboluna heç kim maliyyə yardımı etmir. Bu da böyük problemlər yaradır. Akademiyalarımız yoxdur, seleksiya işlər çox cuzi şəkildə həyata keçirilir. Bütün bunlarda inkişafa mane olur”.

Diniyevin sözlərinə görə, futbolun inkişafı naminə qəbul hazırlanan strategiya planında uşaq futbolu ilə bağlı müəyyən istiqamətlər göstərilib: “Bu plan təzə qəbul olunub. Mənim də qeyd ediyim məsələlərə toxunulub. Təbii ki, indi qalıb bunları həyata keçirmək. Bunun üçündə zaman lazımdır”.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə