Maks Ferstappen ardıcıl 4-cü dəfə "Formula 1" üzrə dünya çempionu olub

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl 4-cü dəfə "Formula 1" üzrə dünya çempionatının qalibi olub. SİA-nın məlumatına görə, o, buna Las Veqas Qran-prisində yarışı beşinci sırada başa vurmaqla nail olub.

ABŞ-dəki yarışda "Mercedes" sürücüsü Corc Rassel birinci olub. Onun komanda yoldaşı yolda Lyuis Hemilton ikinci yeri tutub.

"Ferrari"dən Karlos Sayns "üçlüy"ü tamamlayıb.

Qeyd edək ki, mövsümün başa çatmasına daha iki Qran-pri qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə