"Mançester Yunayted" ilə "Mançester Siti" qarşılaşacaq

“Mançester Yunayted” futbol üzrə İngiltərə kubokunun yarımfinal matçında ölkə çempionatının ikinci divizionunda çıxış edən “Koventri”ni penaltilər seriyasında məğlub edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, matçın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. “Mançester Yunayted”in heyətində qolları Skott MakTominey (23-cü dəqiqə), Harri Maquayr (45+1) və Bruno Fernandes (58) vurublar. "Koventri"nin heyətində Ellis Simms (71), Kallum O'Hare (79) və Hacı Rayt (90+5, penalti) fərqləniblər. Penaltilər seriyasında isə "Mançester Yunayted"in futbolçuları daha dəqiq olub - 4:2.

"Mançester Yunayted" İngiltərə kubokunun finalında "Mançester Siti" ilə qarşılaşacaq. Həlledici qarşılaşma mayın 25-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə