Hicab məcburidirmi? -DİN XADİMİ AYDINLIQ GƏTİRDİ

"Dinimizdə günahlar iki yerə bölünür". Bu sözləri SİA- ya açıqlamasında din xadimi Mircəfər Eyyubov deyib.

Onun sözlərinə görə, günahlar yalnız xüsusi mühitdə təsirə malik günahlar, ictimai mühitə də təsir edən günahlar olaraq bölünür: " Fərdi və xüsusi günahlar barədə nümunə kimi bir şəxsin öz evində içki içməsi, hicabsız dolaşması, bir sözlə, məhrəm çevrədə və kimsəyə təbliğ olunmayacağı formada edilən günahları göstərmək olar. Bu qəbildən olan günahlara heç kəs dəxalət edə bilməz. Başqa sözlə desək, kiminsə şəxsi mühitinə heç kəs daxil ola bilməz. Belə günahlar Allah ilə qul arasında mühakimə olunacaq".

Din xadimi fikirlərinə əlavə edərək qeyd edib ki, ikinci, yəni ictimai təsirə malik günahların isə qarşısını almaq vacibdir: "Çünki bu artıq müsəlman şəxsin şəxsi işi deyil. İslam qanunları bu konteksdə dünyəvi hüquq sistemi ilə fərqlənir. Belə ki, İslama görə psixoloji təsir göstərən ictimai günahlar artıq şəxsi günah sayılmır. İslam hüququna görə ictimai mühitə hicabsız çixan xanım qarşı cinsin, əsas etibarilə enerji, ehtiras və ərgənlik dövrünü yaşayan gəncliyin düşüncəsini iflic edir, onun təhsil və digər faydalı fəaliyyətlər göstərməsinə olduqca güclü şəkildə mane olur. Bunları nəzərə alaraq deyilir ki, hicab psixoloji bir qanundur və özünü İslam hökuməti adlandıran dövlətlər bu istiqamətdə nəhy əz münkər, yəni günaha mane olmaq fəaliyyəti göstərməlidir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə