Ankarada əməkdaşlıq məsələləri müzakirə olunub

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin rəsmilərindən ibarət nümayəndə heyəti Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olub. SİA xəbər verir ki, nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Ankara şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib.

İki qardaş ölkə arasında ötən ilin sonunda mədənçilik sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən səfər zamanı mədənçiliyin inkişafı, geoloji araşdırmalar, yeraltı sərvətlərin işlənilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə fəaliyyətin təşkili imkanları müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...