Hacı Zeynalabdin Tağıyev tarixdə xeyriyyəçi kimi qalıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 18 yanvar 2021-ci il tarixdə Bakı şəhərində Zeynalabdin Tağıyevin şərəfinə ucaldılmış abidənin açlış mərasimi keşirilmişdir. Abidə cənab Prezidentin Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması barədə 2020-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən ucaldılmışdır. Aşlış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Hacı Zeynaıabdin Tağıyevin böyük xeyriyyəçilik fəaliyyətindən danışmış, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini qeyd etmişdir.

Azərbaycan xalqı qarşısında , tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır. 2003-cü ildə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə onun yaşadığı evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilmişdir. 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən Mərdəkan qəsəbəsində Zeynalabdin Tağıyevin məzarının yerləşdiyi “Pir Həsən” ziyarətgahı əsaslı şəkildə təmir olunmuşdur. Cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva ”Pir Həsən” ziyarətgahının açlış mərasimində iştirak etmişlər.

Hacı Zeynalabdin Tağıyev şox zəngin adam idi, amma hər kəs bilir ki, o kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi xüsusi qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilmişdir, qizlar üçün ilk dünyəvi məktəb aşılmışdır. Bakıda tramvay xətlərinin açılması da onun adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən bir çox gözəl binaların təşəbbüskarı məhz Zeynalabdin tağıyev olmuşdur. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, həmçinin Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun vəsaiti hesabına məktəblər açılmışdır. Yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərclərini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdür.

Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra ölkəmizdə xeyriyyəçilik ənənələri bərpa olmağa başladı. Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev fondudur. Heydər Əliyev Fondu artıq 20 ilə yaxındır ki, fəaliyyər göstərir və bu müddət ərzində məqsədi və vəzifəsi

insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.

Rauf Əliyev, Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...