Hamiləlikdə necə qidalanmaq lazımdır? - MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

“Hamiləlik vaxtında ümumiyyətlə, anaların gündəlik həyat tərzi, qidalanması, yuxu rejimi və fiziki aktivliyidir ki, bu üçü birlikdə olmalıdır. Çünki dünyaya gələcək körpənin sağlam doğulması və eyni zamanda da immun sisteminin güclü olması üçün bu üç faktorun əsas rolu var. Daha çox qidalanmadan danışırıqsa, gündəlik qidalanmasında yaxşı olar ki, qida dəyəri yüksək qidalardan istifadə etsinlər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, qida mütləq şəkildə balanslaşdırılmış olmalıdır: “Bəzən çox yanlış deyirlər ki, hamiləsənsə iki nəfərin yerinə yeməlisən. Bu çox yanlış bilgidir. Çünki, iki nəfərin yerinə deyil də, tərkibi bol vitamin və mineralla zəngin, karbohidrat, zülal, yağlar orqanizmdə düzgün şəkildə və lazım olan miqdarda olmalıdır. Bunu proqramlı şəkildə etmək lazımdır”.

“Əsasən nələri yeməməlidir: bu haqda istəyirəm qeyd edim ki, ilk olaraq aldığı qidaların hardan alındığına, mənşəyinə mütləq şəkildə fikir verməlidir. Bişirilmiş qidalarda, xüsusilə heyvan mənşəli qidaların qəbuluna diqqət etməlidir. Bu qidalar yaxşı bişirilmiş olmalıdır. Mütləq şəkildə ət yeməkləri yeyilirsə az bişmiş ətlərdən imtina etməlidirlər. Çünki ətdən insana yoluxan bir çox xəstəliklər var. Bunlara misal olaraq salmonella, bağırsaq çöpləri xəstəliyini göstərmək. Bəzən də çiy, az bişmiş toyuqdan da sitomeqalovirus virusu insana keçə bilər. Bu da hamiləlikdə olduqca təhlükəlidir. Çünki gələcəkdə uşaqda müəyyən xəstəliklərin yaranmasına və yaxud inkişafında geri qalmalara səbəb ola bilər. Ona görə də ət məhsullarında yaxşı bişirilmişə diqqət etməlidirlər”.

“Eyni zamanda ətdən danışırıqsa, yaxşı olar ki, kolbasa və yaxud sosiska kimi məhsullardan uzaq dursunlar. Çünki bu məhsulların tərkibində həm həddindən artıq duz, yağ, eyni zamanda kimyəvi qatqı maddələri var ki, bu da orqanizmin sağlamlığı üçün xüsusilə də hamilələrdə daha zərərlidir”.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Eyni zamanda yumurta qəbulunda diqqət etməlidir. Hamiləlikdə az bişmiş yumurtadan da imtina etmək lazımdır. Yumurtanın yaxşı olar ki, həm sarısının, həm də ağının yaxşı bişməsinə diqqət etmək lazımdır və eyni zamanda çiy yumurtadan hazırlanan bəzi kremlər var ki, bunlardan hazırlanan məhsullar, dondurma, mayonez kimi yeməklərdə çiy yumurtanın istifadəsi olduğundan həmin yeməklərin də istifadəsindən uzaq durmalıdır”.

“Daha sonra balıq da var. Balıq orqanizm üçün çox faydalıdır. Amma yaxşı bişirilmiş balıq olmalıdır və yaxud da ki, köhnə balıq olmamalıdır. Çünki, balığın və digər dəniz məhsulları var ki, bunların tərkibində ağır metallar var. Buna civəni göstərə bilərəm ki, bu da orqanizm üçün xüsusilə yenə də hamilələrdə dölün inkişafı üçün çox zərərlidir. Deyərdim ki, bununla da bağlı eyni zamanda hamilələr suşi yeməyindən uzaq dursunlar. Çünki bu bir çox hallarda zəhərlənmələrə səbəb ola və eyni zamanda da uşağın beyin və sinir sisteminə zərər verə bilər”.

“Süd və süd məhsullarına keçəndə, bu mənşəyi bilinməyən, harda gəldi satılan südlər var ki, pasterizə olunmamışdır. Bu südlərdən də orqanizmə bir çox viruslar keçir. Onlardan da uzaq durmaları daha yaxşıdır və yaxşı olar ki, əgər süd qəbul edəcəksə buna pasterizə olunmuş südləri və həmin pasterizə olunmuş süd və süd məhsulları qatıqlarından istifadə etsinlər”.

“Tərkibində həddindən artıq şəkər olan qidalar zərərlidir. Biz buraya un və un məmulatlarından hazırlanan biskvitlər, kekslərdir, tortdu, və yaxud başqa xəmir yeməkləridir daxil edirik ki, bunları mümkün qədər az miqdarda istifadə etsinlər. "Fast food" qidalardan tamamilə uzaq dursunlar. Çipsilərdir, suxariklərdir, paketdə hazırlanan hazır şokoladlardır ki, bunlar da həm həddindən artıq tez və sağlıqsız kilo almağa səbəb olur. Eyni zamanda da şəkər xəstəliyinə, diabetə səbəb olur. Əgər bu kimi məhsullara, şirniyyata ehtiyac duyuruqsa hamiləlikdə yaxşı olar ki, həmin vaxtlarda qoz, fındıq, badam, quru meyvələrdən ərik, gavalı, daha sonra xurma kimi məhsullardan enerjimizi ala bilərik. Həm də eyni zamanda şirniyyata istəyimizi təmin etmiş ola bilərik”.

“Həddindən artıq kofein qəbulu da çox zərərlidir. Yaxşı olar ki, anlayışlı şəkildə bitki çaylarından istifadə etsinlər. Buna cökə çayını misal göstərə bilərəm. Cökə çox faydalıdır. Hamiləlikdə də rahatlıqla istifadə edilə bilər. Az miqdarda dadlandırıcı kimi nanədən, yarpızdan istifadə etmək olar. Həddindən artıq çay içmək olmaz. Kofe içmək faydalı hesab olunmur. Meyvə şirələri isə çox faydalıdır. Freş, özümüz sıxdığımız meyvələr yaxşı olar ki, qazlı, rəngləndirilmiş, enerji içkilərindən tamamilə uzaq dursunlar. Daha sonra da polfabrikat, yarımfabrikat qidalar olur ki, mağazalarda buna kotletlər, düşbərələr və hazır suplar, konservalar daxildir ki, bunlardan da uzaq durmaq lazımdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə