Təmiri dünən bitmişdi, bu gün yan(dırıl)dı..?

...Müsəlman diyarı, Kazan yaxınlığındakı məscid bərpadan dərhal sonra yanıb..?

Deməli, SİA-nın məlumatına görə, təmirdən sonra yenidən açılan Pestretsı məscidində yanğın baş verib.

Yanğın 24 oktyabr cümə günü, təmir olunmuş binada ilk namazdan sonra baş verib.

Hadisə nəticəsində iki dindar xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib və həkimlər vəziyyətlərinin sabit olduğunu bildirirlər.

Yanğının səbəbi hələlik müəyyən edilməyib.

İcma insanları tələsik nəticə çıxarmaqdan çəkinməyə və qurbanlar üçün dua etməyə çağırır..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə