Geri qaytarılan pomidorlarla bağlı - AÇIQLAMA

Qazaxıstan tərəfindən Azərbaycandan pomidor məhsullarının idxalına tətbiq olunan məhdudiyyətin səbəbi ilə bağlı AQTA aidiyyəti qurumlarla birgə araşdırma aparır. Bu barədə mətbuata açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib.

“Qazaxıstan Respublikası tərəfindən Azərbaycandan pomidor məhsullarının idxalına tətbiq olunan məhdudiyyətlə bağlı bildiririk ki, bu ölkəyə idxal olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlandığı iddiası ilə bağlı 05-14 yanvar tarixlərində 17 bildiriş vərəqəsi daxil olub. Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumu ilə bu istiqamətdə tədqiqatlar aparılır və nəticələrlə bağlı əlavə məlumat veriləcək”, – o bildirib.

Qeyd edək ki, mətbuatda tərkibində qonur qırışıqlıq virusu aşkarlandığı üçün Qazaxıstanın Azərbaycandan idxal olunan pomidorlara məhdudiyyət qoyması barədə məlumat paylaşılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...