Qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacağıq - "Azəriqaz"
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Məlumata görə, "Azəriqaz"ın Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 27-31 mayda saat 10:00-dan 17:00-a qədər Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt Regional Qaz İstismar İdarələrinin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində abonentlərə xidmət göstərəcəklər.
Həmçinin Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar. 30 mayda "ASAN Kommunal", 30-31 mayda isə "ASAN xidmət" mərkəzləri vətəndaşlara xidmət göstərəcək. "Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinə məlumat versinlər", - deyə İstehsalat Birliyi bəyan edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
İqtisadiyyat 10:56Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Sosial 10:51Azərbaycan neftinin qiyməti 5 dollardan çox artıb
İqtisadiyyat 10:0675 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü
Sosial 05:06Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...
Dünya 03:04
Özəl xəbərlər
Digər xəbərlər
"Uşağın beyni həyatı yaşayaraq inkişaf edir” - PSİXOLOQ
Sosial
14 İyul 16:29
"14 iyul 1969-cu il müasir Azərbaycanın təməlinin qoyulduğu tarixi gündür" - ŞƏRH
Siyasət
14 İyul 16:26
Özəl xəbərlər
Digər xəbərlər"Uşağın beyni həyatı yaşayaraq inkişaf edir” - PSİXOLOQ
Sosial 14 İyul 16:29"14 iyul 1969-cu il müasir Azərbaycanın təməlinin qoyulduğu tarixi gündür" - ŞƏRH
Siyasət 14 İyul 16:26
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9443
+0,40%
-
GBP
2,2784
+0,32%
-
RUB
2,1949
-0,95%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



